Rikardinyo Bakı "İnter"ində

Rikardinyo Bakı "İnter"ində
"İnter" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan Bakı klubunun düşərgəsinə yeni futbolçu qoşulub.
Bu braziliyalı yarımmüdafiəçi Rikardinyodu. 24 yaşlı futbolçu məşqlərdə və yoxlama oyunlarında baş məşqçi Kaxaber Tsxadadzenin etimadını qazana bilsə, komandada saxlanılacaq.
Qeyd edək ki, tam adı Rikardo Kavalkante Mendes olan futbolçu karyerasına vətənində - "Santo Andre" klubunda başlayıb (2008-2009, 7 oyun, 2 qol). 2010-cu ildə "Mogi Mirim"ə icarəyə verilən yarımmüdafiəçi əsas heyətdə debüt etmədən Polşanın "Gqrnik" klubuna icarəyə verilib (2011, 16 oyun, 5 qol). 2011/12 mövsümünü Polşanın "Visla" (33 oyun, 12 qol), 2012/13 mövsümünü "Lexia"da (28 oyun, 7 qol) keçirən Rikardinyo ötən il Moldova "Şerif"inə keçib. O, bu klubun heyətində 28 oyun keçirib və 6 qol keçirib. Cari mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində 4 (1 qol), Avropa Liqasının qrup mərhələsində 7 (1 qol) oyun keçirib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər