Reynaldo üçün azərbaycanlı baş məşqçi

Reynaldo üçün azərbaycanlı baş məşqçi

Azərbaycanlı məşqçi Asim İbrahimov Reynaldonun çıxış etdiyi "Adanaspor”da işə başlayıb. 

Fanat.Az xəbər verir ki, o, kluba idman direktoru təyin edilib. Lakin o, Adana təmsilçisində baş məşqçi funksiyasını yerinə yetirəcək. İbrahimovla 1 illik müqavilə bağlanıb. 

Qeyd edək ki, "Adanaspor”un artıq növbəti mövsümdən Türkiyə birinci liqasında çıxış edəcəyi dəqiqləşib. Türkiyə Futbol Federasiyasının əsasnaməsinə görə bu liqada əcnəbi məşqçilərin çalışmasına icazə yoxdu. Məhz buna görə, İbrahimov Adana klubunda idman direktoru kimi işə götürülüb. Lakin o, burda baş məşqçi funskiyasını yerinə yetirəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər