Reynaldo AFFA-nın təklifini qəbul etdi

Reynaldo AFFA-nın təklifini qəbul etdi

Bu gün AFFA-da qurumun baş katibi Elxan Məmmədovla “Qarabağ”ın futbolçusu Reynaldo Silva arasında görüş keçirilib. Fanat.az xəbər verir ki, görüşdə braziliyalı futbolçunun Azərbaycan millisində oynaması ilə bağlı məsələlər müzakirə edilib. 

Müzakirələr zamanı Elxan Məmmədov AFFA rəhbərliyi adından Reynaldoya millimizdə oynamaqla bağlı rəsmi təklif irəli sürüb. Futbolçu təklifi qəbul edib.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov görüşün keçirilməsi xəbərini təsdiqləyib. Onun sözlərinə görə, AFFA Brazilya vətəndaşlığı olan Reynaldoya Azərbaycan pasportunun verilməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcək. Eyni zamanda məsələ ilə əlaqədar FIFA da məlumatlandırılacaq.

qol.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər