"Azərbaycan yığmasında oynamağım üçün problem yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı legioneri Reynaldo Silva bu gün AFFA-da keçirilən Azərbaycan yığmasında oynamaq təklifi haqda görüşdən sonra deyib.
Cənubi amerikalı əlavə olaraq bunları bildirib: "Təklifi müsbət qarşıladım. Mənim üçün Azərbaycan yığmasında oynamaq maraqlıdı. Müxtəlif məsələlər müzakirə olundu, üzərimə düşənlərə müsbət cavab verdim. Qalıb məsələnin hüquqi tərəfləri. O da AFFA-nın işidi".
Reynaldo yığmada oynamağının nə qədər real olması ilə bağlı suala da cavab verib: "Məncə, yalnız hüquqi məsələlərin həlli qalıb. Burda mənim 5 il yaşamağım və ya qohumluq əlaqələrinin olması və başqa məsələlər var. Bunlar mənim səlahiyyətimdə olan işlər deyil. AFFA bu barədə işlər həll olunandan sonra FIFA-ya müraciət edəcək. Hər şey ordan gələn cavabdan asılıdı".
Futbolpress.az