Rəşad Sadiqovdan "Sumqayıt" üçün "bəy tərifi"

Rəşad Sadiqovdan "Sumqayıt" üçün "bəy tərifi"
"Sumqayıt"la oyuna yalnız 3 xal üçün çıxacağıq. Bundan sonrakı görüşlərdə hər xal qızıl dəyərindədi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Sadiqov deyib.
Kapitan klubun rəsmi saytına açıqlamasında "Sumqayıt"ı tərifləyib: "Rəqibə hörmətlə yanaşırıq. "Sumqayıt" əsasən gənc futbolçulardan təşkil olunsa da, mübarizliyi ilə seçilən komandadı. Qələbə qazandığımız səfər matçında da rəqib yaxşı təsir bağışlamışdı. Bu səbəbdən də "Sumqayıt"la qarşılaşmada var gücümüzlə oynamalıyıq. Qələbə qazanıb turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər