Rəşad Sadıqov sabahkı matçda bu futbolçuların xidmətindən məhrumdur

Rəşad Sadıqov sabahkı matçda bu futbolçuların xidmətindən məhrumdur

Misli Premyer Liqasının 3-cü turunda "Kəpəz"i qəbul edəcək "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Komandada cəzalı oyunçu olmasa da, zədə səbəbindən üç futbolçumuz "Kəpəz"ə qarşı oynamayacaq. Diz bağları qopan və bir neçə gün öncə əməliyyat edilən Abdul Aziz Batibyenin durumu bəllidirsə, Vinsent Till və Rövlan Muradov da zədəlidirlər".

Qeyd edək ki, "Zirə" - "Kəpəz" qarşılaşması avqustun 30-da keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matçın start fiti 18:00-da səsləndiriləcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər