Rəşad Sadıqov "Sabah"la matçda 7 futbolçunun xidmətindən məhrumdur

Rəşad Sadıqov "Sabah"la matçda 7 futbolçunun xidmətindən məhrumdur

Misli Premyer Liqasının 8-ci turunda "Sabah"ın qonağı olacaq "Zirə" meydana 7 itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Ayron Qomis cəzalı durumdadır. Abdul Aziz Batibiye ilə Vinsent Tillin olmayacaqları öncədən bəllidirsə, İssa Cibrila, Ceyhun Nuriyev, Davit Volkov və İsmayıl İbrahimli də zədə səbəbindən "Sabah"a qarşı matçda iştirak etməyəcəklər".

Qeyd edək ki, "Sabah" - "Zirə" matçı oktyabrın 19-da keçiriləcək. Matçın start fiti 16:00-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər