Rəşad Sadıqov "Qəbələ" üzərində qələbədən danışdı

Rəşad Sadıqov "Qəbələ" üzərində qələbədən danışdı

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Dalğa Arena"da "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçı - Misli Premyer Liqasının V turunun oyununu dəyərləndirib.

 Fanat.Az xəbər verir ki, 40 yaşlı çalışdırıcı geridönüşlə qazandıqları qələbə haqda belə danışıb:

"Çox gərgin oyun oldu. Hər iki tərəf yaxşı oynadı. Futbolçularım xarakter göstərdi. Belə məqamda bu cür reaksiya vermələri sevindiricidir. Vacib 3 xal qazandıq".

O, əvvəlki görüşlərlə müqayisədə daha yaxşı oynadıqlarını bildirib: "Rəqibi təbrik edirəm. Belə bir komandaya qarşı yaxşı çıxış etdiyimizi düşünürəm".

Sadıqov penalti epizodunu şərh etmək istəmədiyini söyləyib: "Bizə qarşı da bu hallar olub, amma penalti təyin edilməyib. Bu barədə danışmaq istəmirəm".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər