Rəqib məşqçi "İnter"lə oyunu şərh etdi

Rəqib məşqçi "İnter"lə oyunu şərh etdi

Xarkov "Metallist"inin baş məşqçisi İqor Raxayev Türkiyə toplanışı çərçivəsində "İnter"lə bərabərə qaldıqları oyunu şərh edib. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis yetirmələrindən razı qaldığını bildirib:

"Uşaqlar pis təsir bağışlamadılar. Hiss olunurdu ki, tədricən oyun kondisiyalırını toplayırlar.  Ən əsası - komanda oyununun çalarları görünməyə başladı. Əlbəttə, taktiki və texniki səhvlər də var idi. Ancaq biz düzgün istiqamət götürmüşük. Bobko qol vurdu, əhsən. Ancaq daha bir dəfə fərqlənməli idi".

Qeyd edək ki, "Metallist" - "İnter" qarşılaşması 1:1 hesabı ilə nəticələnib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər