"Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi" - Milan Obradoviç

"Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi" - Milan Obradoviç

"Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Nə vaxt rəqibimizdən üstün oynasaq, qalib gələcəyik. Futbolçular bu gün meydanda bacardığını ortaya qoydu. Məni məyus edən bəzi məqamlar var. Amma bu barədə danışmaq istəmirəm. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik".

Fanat.Az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

44 yaşlı serbiyalı çalışdırıcı Avropa çempionatının seçmə mərhələsində Bakıda Avstriyaya 0:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib:

"Futbolçular meydanda əllərindən gələni etdilər, mən də onlara təşəkkürümü bildirdim. Qol epizodlarımız var idi. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son ötürmələrdə diqqətli olmalıyıq. İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı.

Birinci qoladək bərabər səviyyəli mübarizə izlədik. Əlimizə düşən şanslardan yararlanmalı idik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi".

Obradoviç hakimlər haqqında danışmaq istəmədiyini vurğulayıb. O, referinin işindən məmnun qalmadığını, lakin hakimlərə görə uduzmadıqlarını da söyləyib. Baş məşqçi yığmaya yeni cəlb edilən Emil Mustafayevin yaxşı futbolçu olduğunu vurğulayıb.

Mütəxəssis nəticədən və qazandıqları xaldan razı olmadığını bildirib: "Futbolçularımız gəncdir və onlar üçün hər şey irəlidədir. Baxaq, görək, komandamızdakı oyunçuların neçəsi Azərbaycan Premyer Liqasında oynayır? Bütün bunlara yığmanın baş məşqçisinin gözü ilə baxıram və hesab edirəm ki, bu, çox deyil. Siz fərqli düşünə bilərsiniz. Hər kəsin öz fikri var. Artıq 3 ildir ki, buradayam və bu müddət ərzində 11 futbolçu əsas komandaya yüksəlib. Bu da bizim işimizin bir hissəsidir".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər