Rəmzi komandada "Sumqayıt" hegemonluğu

Rəmzi komandada "Sumqayıt" hegemonluğu

Topaz Premyer Liqasında XXIII turun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı futbolçusu "Sumqayıt"ın qapıçısı Andrey Popoviç olub.

Rəmzi komandada "Neftçi"yə 2:0 hesabı ilə qalib gələn "Sumqayıt"ın 4 üzvü yer alıb. Səfərdə "İnter"lə heç-heçə oynayan "Bakı"nın 3 futbolçusu seçilib. "Qarabağ"dan 2, "Simurq" və AZAL-dan bir oyunçu ən yaxşı "11-liy"ə düşüb.

Qapıçı: Andrey Popoviç (Sumqayıt)

Müdafiəçilər: Yure Travner (Bakı), Bədavi Hüseynov (Qarabağ), Mario Alvares (Bakı), İlkin Qırtımov (Simurq).

Yarımmüdafiəçilər: Rəhman Hacıyev (Sumqayıt), Riçard Almeyda (Qarabağ), Alberto Noquera (Bakı), Mirzağa Hüseynpur (Sumqayıt).

Hücumçular: Nedo Turkoviç (AZAL), Ruslan Nəsirli (Sumqayıt).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər