Rəmzi komandada "İnter" hegemonluğu

Rəmzi komandada "İnter" hegemonluğu
Topaz Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi komandasında "İnter" üstünlük təşkil edib.
"Neftçi"ni 3:1 hesabı ilə yenən "bankirlər"in 8 üzvü ən yaxşı komandaya düşüb. Rəmzi komandanın müdafiə xəttini bütünlüklə "İnter"lilər təşkil edib. Bank klubunun 8 üzvündən başqa "Rəvan", "Qarabağ" və "Bakı"dan bir futbolçu fərqlənib.
Qapıçı: Lukaş Sapela (Rəvan).
Müdafiəçilər: Arif Daşdəmirov (İnter), Brüs Abdulaye (İnter), İvan Benites (İnter), Ruslan Əmircanov (İnter).
Yarımmüdafiəçilər: Vaqif Cavadov (İnter), Abdulla Abatsiyev (İnter), Çumbinyo (Qarabağ), Aleksandr İaşvili (İnter).
Hücumçular: Sezar Meza Kolli (İnter), Rauf Əliyev (Bakı).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər