Rəhim Həsənov "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib

Rəhim Həsənov "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodları şərh edib.

Fanat.Az xəbər verir ki, mütəxəssis baş hakimin epizodlarda doğru qərar verdiyini təsdiqləyib.

Həsənov "Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə haqlı olaraq qırmızı vərəqə göstərildiyini bildirib.

Hakimlər Komitəsinin sədri görüşün sonundakı epizodda penalti olmadığını da vurğulayıb.

Xatırladaq ki, qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Rəvan Həmzəzadə olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər