FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb. Fanat.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin görüşünü idarə edəcək.
H qrupunda noyabrın 25-də, Ukraynanın Lvov şəhərində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) - "Atletik" (İspaniya) oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Nahid Əliyev kömək edəcək.
Fanat.az