Regekampfın daha bir sabiq klubu onu Rumıniyaya qaytarmaq istəyir

Regekampfın daha bir sabiq klubu onu Rumıniyaya qaytarmaq istəyir

“Neftçi”ni çalışdıran Laurentsiu Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir.

Fanat.Az xəbər verir ki, "Universitatya” (Krayova) klubunun rəhbərliyi Mirel Redoyun istefasından sonra 47 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətindədir.

“Ağ-qaralar"ın yaxşı nəticələr əldə edə bilməyən rumıniyalı baş məşqçi ilə vidalaşmasının mümkünlüyü də diqqətə çatdırılıb.

Xatırladaq ki, Regekampf 2021/22 mövsümündə "Universitatya” (Krayova) klubunda işləyib. Daha əvvəl onun "Styaua"ya qayıdacağına dair xəbərlər yayılmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər