"Real Madrid" seneqallı vunderkindi istəyir 

"Real Madrid" seneqallı vunderkindi istəyir 

"Real Madrid" heyətinə seneqallı hücumçu qatmağa hazırlaşır.

Fanat.Az  "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Kral klubu" hazırda "Jenerasyon Fut" klubunun formasını geyinən 15 yaşlı afrikalını - Amara Diufu rənglərinəı bağlamağı planlaşdırır.

Bu mövsüm Diuf Seneqal millisində 15 yaş 94 günlüyündə rəsmi matça çıxaraq unikal nəticəyə imza atıb. Yeniyetmə forvard Norveç yığmasında  ilk oyununu 15 yaş 293 günlüyündə keçirmiş Martin Edeqorun rekordunu yeniləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər