Azərbaycan klubları yay hazırlıqlarını davam etdirir.
Fanat.az xəbər verir ki, Türkiyədə keçirdiyi təlim-məşq toplanışını başa vuraraq vətənə dönən "İnter" yoxlama oyununda "Qaradağ-Lökbatan"la qarşılaşıb. 90 dəqiqə ərzində üstünlüyünü nümayiş etdirən "bankirlər" meydandan qələbə ilə ayrılıblar. Rauf Əliyevlə Adrian Skarlatakenin vurduğu qol sayəsində elita təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.
Fanat.az