Rauf Əliyev: "Albaniya yığması Azərbaycandan güclüdü"

Rauf Əliyev: "Albaniya yığması Azərbaycandan güclüdü"

"Mən bütün karyeram ərzində Azərbaycanda oynamışam. Bu ölkədən kənarda ilk macəram olacaq. Seçimimin doğru olduğunu düşünürəm". Fanat.Az xəbər verir ki, bu sözləri Albaniyanın "Kukesi" klubu ilə müqavilə imzalayan Rauf Əliyev deyib.

Təqdimat mərasimində türk tərcüməçinin köməyi ilə danışan Rauf albanlara qarşı oyunları xatırlayıb: "İnter"in heyətində Avropa Liqasında Albaniyanın "Laçi" klubuna qarşı oynamışam. Azərbaycan millisi ilə Albaniya yığmasına qarşı da oyun keçirmişik. Fikrimcə, son Avropa çempionatında iştirak edən Albaniya yığması Azərbaycan millisindən öndədir. Klub səviyyəsində isə Azərbaycan futbolu daha güclüdü".

"Məqsədim Avropanın güclü klublarına keçmək üçün "Kukesi"dən tramplin kimi istifadə etməkdi. Mən hücumçuyam və işim qol vurmaqdı. Vurduğum qollarla "Kukesi"yə uğur qazandıracağıma ümid edirəm" deyə Rauf əlavə edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər