Ramosun yeni ünvanı İstanbul nəhəngi olacaq? - İddialar böyüyür

Ramosun yeni ünvanı İstanbul nəhəngi olacaq? - İddialar böyüyür

2026 dünya çempionatına qatılmaq arzusunu gizlətməyən ispan müdafiə ulduzu Serxio Ramos yenidən milli komandaya qayıtmaq üçün ən optimal addımlar üzərində düşünür.

Fanat.Az “La Razon”a istinadən xəbər verir ki, təcrübəli futbolçu yenidən ön plana çıxmaq və baş məşqçinin diqqətini cəlb etmək üçün daha tanınmış liqada çıxış etməyə can atır.

Məhz bu məqsədlə Ramosun menecerləri onun xidmətini müxtəlif klublara təklif etməyə başlayıblar. İspaniya mediasının iddiasına görə, bu komandalardan biri də “Qalatasaray"dır.

“Sarı-qırmızılar”ın müdafiə xəttində təcrübəli liderə ehtiyac duyduğu nəzərə alsaq, Ramosun İstanbul nəhənginə təklif olunması məntiqəuyğundur.

“Qalatasaray”ın hazırda "arxa cəbhə"ni gücləndirmək üçün müxtəlif variantlar üzərində çalışması da bu iddianın diqqət çəkməsinə səbəb olub. Ramos isə hələ dəqiq qərar vermir və əsas məqsədinin yenidən İspaniya millisinin formasını geyinmək olduğunu vurğulayır.

Təcrübəli müdafiəçinin gələcək taleyinin necə olacağı yaxın günlərdə aydınlaşacaq.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər