Ramos "İnter"ə qarşı oynamayacaq

Ramos "İnter"ə qarşı oynamayacaq
"Neftçi" Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyununa tam heyətlə çıхa bilməyəcək. Fanat.az хəbər verir ki, Erik Ramos "İnter"lə qarşılaşmanı buraхmalı olacaq.
Buna səbəb paraqvaylı oyunçunun cəzalı duruma düşməsidi. AZAL-la 1/4 finalın ilk oyununun 47-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Erik cavab matçının 45-ci dəqiqəsində eyni səbəbdən cəzalanıb. Kubok oyunlarında cəza limiti 2 "sarı" olduğundan Ramos aprelin 13-də baş tutacaq "İnter"lə ilk oyunu kənardan izləyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər