"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının tarixinə düşüb. Fanat.az xəbər verir ki, ispan futbolçu iki Çempionlar Liqası finalında qol vuran ilk müdafiəçi olub.
Ötən gün "Atletiko" ilə baş tutan həlledici matçın start heyətində yer alan Ramos 15-ci dəqiqədə hesabı açıb. İspan müdafiəçi 2013/14 mövsümündə də "Atletiko" ilə baş çatan final oyununda yenə "Real"ın ilk qoluna (4:1) imza atmışdı. Bununla da o, iki final oyununda qol vuran ilk müdafiəçi kimi tarixə düşüb.
Fanat.az