Ramilin klubu "Portu"dan transfer etdi

Ramilin klubu "Portu"dan transfer etdi

Ramil Şeydayevin transfer olunluğu "Trabzonspor" heyətinə daha bir futbolçu qatır. Fanat.az xəbər verir ki, Qara dəniz klubu "Portu"dan Hyun-Jun Suku icarəyə götürür.

Bununla bağlı "Trabzonspor" bu gün rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Hyun-Jun Sukun icarəyə götürülməsi ilə bağlı "Portu" və futbolçunun özü ilə danışıqlar başlayıb.

Türk klubları bu tip açıqlamaları əsasən transfer yekunlaşanda yayır. Artıq bəzi aparıcı saytlar Hyun-Jun Suku "Trabzonspor"un üzvü kimi təqdim edib.

Qeyd edək ki, "Portu" cənubi koreyalı futbolçunu bu ilin yanvarında "Vitoriya"dan 1,5 milyon aroya alıb. Hazırda "Transfermarkt" ona 3,5 milyon avro qiymət qoyub. 25 yaşlı forvard ötən mövsüm "Vitoriya" və "Portu"nun heyətində ümumilikdə 33 rəsmi oyuna çıxıb və 3 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər