"Trabzonspor" növbəti transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi "Portu"dan Suk Hyun-Junu icarəyə götürüb.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Ramil Şeydayevin komandasına cəlb edilən Cənubi Koreyadan olan hücumçu mövsümün sonuna qədər "Trabzonspor"da çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı forvard bu müddət ərzində 1 milyon avro qazanacaq.
Fanat.Az