Ramil Şeydayev 1-ci liqa klubunda

Ramil Şeydayev 1-ci liqa klubunda

Ramil Şeydayev “Trabzonspor”dan ayrılıb. Fanat.Az xəbər verir ki, millimizin üzvünün ikinci dövrədə Qara dəniz klubunda çıxış etməyəcəyi dəqiqləşib.

"Trabzonspor" onu “Samsunspor”a icarəyə verib. Futbolçu artıq Antalyada təlim-məşq toplanışında olan PTT I Liqa klubunun düşərgəsinə yollanıb.

"Samsunspor" Ramillə yanaşı, "Göztəpə"dən Fomaussa Kone və Göksu Türkdoğanı heyətinə qatıb.

Qeyd edək ki, “Samsunspor” PTT I Liqada geridə qalan 16 turdan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər