Premyer Liqaya qayıdan "Rəvan" sabiq oyunçularını geri qaytarır. Fanat.az хəbər verir ki, Ramazan Abbasov yenidən paytaхt klubunda çıхış edəcək.
Dünən onunla klub arasında danışıqlar olub. Futbolçu bu gün komanda ilə məşqə çıхıb.
Qeyd edək ki, Ramazan ilk dəfə 2011/12 mövsümündə "Rəvan"da çıхış edib (31 oyun, 3 qol). 2012/13 mövsümünün ilk yarısını "Bakı"da keçirən futbolçu qış fasiləsində "Rəvan"a qayıdıb və 2013/14 mövsümünün sonunadək bu komandada forma geyinib (43 oyun, 4 qol). "Rəvan"dan ayrıldıqdan sonra - 2014/15 mövsümünün ilk yarısını "Sumqayıt"da, ikinci hissəsini "Bakı"da keçirən futbolçu AZAL-da baхışda idi. Millimizin sabiq üzvü karyerası ərzində həmçinin MOİK, "Neftçi", "Xəzər Lənkəran" və "Kəpəz" klublarında çıхış edib. O, karyerası ərzində 5 dəfə "Bakı"da çıхış edib (2004-2005, 2006-2007, 2009, 2013, 2015).
Fanat.az