Ramaldanov "İnter"ə qarşı oynayacaq?

Ramaldanov "İnter"ə qarşı oynayacaq?
Ötən gün keçirilən "Xəzər Lənkəran" - "Qəbələ" oyununda meydan sahiblərinin futbolçusu Rasim Ramaldanov sıradan çıxmışdı. Daniel Subotiçin kobudluğuna məruz qalan milli üzvünün dodağı partlamış və 65-ci dəqiqədə yerini Tural Cəlilova verməli olmuşdu.
Fanat.az xəbər verir ki, Rasimin dodağı partlayıb. Bu səbəbdən onun dodağına 4 tikiş atılıb. Futbolçunun "İnter"lə oyunadək hazır olacağı deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər