Railsiz "Qəbələ" Bakıya gəlir

Railsiz "Qəbələ" Bakıya gəlir

Sentyabrın 15-i Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL-"Qəbələ" görüşünün hazırlıqlarını davam etdirən "qırmızı-qaralar" bu gün axşam məşqi ilə  doğma məkanda matçöncəsi hazırlıqlara yekun vuracaq. Fanat.az xəbər verir ki, sabah səhər saatlarında isə komanda paytaxta yola düşəcək. 

"Qəbələ" qarşılaşma öncəsi son məşqinə sabah saat 18:00-da AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan qəsəbə stadionunda çıxacaq. Komanda Bakıya bir itki ilə - məşq prosesində ağır zədə alan Rail Məlikovsuz yollanacaq.

Xatırladaq ki, matç sentyabrın 15-i saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər