"Sumqayıt" ikinci cəhddə Məhəmməd Qurbanovun keçidini həll edib. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi hələ yayda onu heyətinə cəlb etməyə çalışmışdı. Amma son anda Məhəmmədin klubu "Rostov"la problem yaşanmışdı.
Amma bu dəfə məsələ müsbət həllini tapıb. Nəticədə Qurbanov “Sumqayıt”la 2 illik müqavilə imzalayıb. Əsasən “Rostov”un əvəzedici heyətində oynayan Qurbanov “Sumqayıt”la 2 illik sözləşmə imzalayıb. Bu barədə klubunun prezidenti Kamran Quliyev məlumat verib.
Qeyd edək ki, gənc hücumçunun perspektivinə böyük ümidlər bəslənilir.
futbol11.az