Qurban Qurbanov "Qəbələ"də əvəzedicilərə güvəndi

Qurban Qurbanov "Qəbələ"də əvəzedicilərə güvəndi
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qəbələ"nin qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, baş məşqçi ilk "11-lik"də bir sıra dəyişikliklərə əl atıb.
Belə ki, Qurbanov Premyer Liqada əvəzedici gözü ilə baxdığı Ulriş Kapolonqo, İlqar Qurbanov, Namiq Yusifov və Vüqar Nadirov kimi futbolçulara Qəbələdə start heyətində şans verib. Əvəzində Ansi Aqolli, Leroy Corc və Çumbinyo ehtiyatda qalıb. Komandanın kapitanı Rəşad Sadıqovla Premyer Liqanın bombardiri Reynaldo Silvanın adı ümumiyyətlə "18-liy"ə salınmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər