Qurban Qurbanov: "İnter"ə qarşı..."

Qurban Qurbanov: "İnter"ə qarşı..."
Qurban Qurbanov "Neftçi" ilə oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi yetirmələrindən razı qalıb:
"Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. “Neftçi”nin yaxşı oyunçuları çoxdu. Onlar imkanlardan istifadə edə bilirlər. “Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi. Bizi qarşıda “İnter”lə çətin oyun gözləyir. İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər