Qurban Qurbanov: "Bakıda söz vermişdim ki..."

Qurban Qurbanov: "Bakıda söz vermişdim ki..."

"Ayntraxt"la qarşılaşmadan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat önünə çıxıb. Fanat.az xəbər verir ki, Qurbanov komandasının məğlubiyyətə layiq olmadığını bildirib:

"Düşünürəm ki, bu oyunda "Ayntraxt"ı tərlədə bildik. İlk dəqiqələrdən bura məğlub olmaq üçün gəlmədiyimizi nümayiş etdirdik. Sonadək mübarizə apardıq. Nəticə və göstərdiyimiz oyun da bunu sübut etdi. Bakıda söz vermişdim ki, Frankfurtda daha yaxşı oynayacağıq və cavab oyununda bunu etdik. Lakin heç də hər zaman istədiyin alınmır. Erkən qol buraxmağımıza baxmayaraq, oyunumuz hardasa alındı. Bir neçə təhlükəli epizodlar yaratdıq. Komandam məğlubiyyətə layiq deyildi. Düşünürəm ki, biz qrup mərhələsində oynaya bilərdik. Lakin artıq üçüncü dəfə pley-offda bəxtimizə güclü rəqib düşdü. Reynaldoya gəlincə isə biz də onun bu oyunda meydana start heyətində çıxmağını istərdik. Ancaq o tam hazır deyildi".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər