Qurban Qurbanov AFFA və "Neftçi"yə "ilişdi"

Qurban Qurbanov AFFA və "Neftçi"yə "ilişdi"

"AZAL güclü komandadı, çətin oyun oldu. Sona yaxın Reynaldonun baxımlı qolu ilə qələbə qazandıq. AZAL-a qarşıdakı çempionat oyunlarında uğurlar arzulayıram". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-la kubok oyunundan (1:0) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Qarabağ" Premyer Liqanın XVI turunda "Neftçi" ilə qarşılaşacaq. Dünün AFFA-nın Apellyasiya və Ekspert Klomitəsi paytaxt klubunun futbolçusu Flavinyonun cəzasını bir oyunu endirib. Bu isə onun "Qarabağ"a qarşı oynaması deməkdi.

Bununla bağlı suala cavab verən Qurbanov AFFA-nın qərarından narazılıq edib: "Əgər vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdı. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim, çünki, bunu gözləyirdim".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər