Altıncı turda "Zirə" ilə "Sabah"ın əvəzediciləri arasında keçiriləcək oyunun vaxtı və yeri dəyişilib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt komandalarının görüşü əvvəlcə Binə qəsəbə stadionuna salınsa da, sonradan "ASCO Arena"ya keçirilib.
Üstəlik, oyunun vaxtı sentyabrın 29-dan 27-nə dəyişilib.
Buna səbəb stadionla bağlıdır. MDB oyunları ilə əlaqədar olaraq 4-cü turun “Göygöl” – “Dinamo” oyununda ev sahibi komanda dəyişdirilib. Nəticədə I dövrədə “Dinamo”, II dövrədə isə “Göygöl” ev sahibi kimi çıxış edəcək. "Dinamo" isə ayın 29-da ev oyunu üçün Binə qəsəbə stadionunu göstərib. Belədə Peşəkar Futbol Liqası “Zirə-2” – “Sabah-2” görüşünün yerini dəyişməli olub.
Beləliklə, “Zirə-2” – “Sabah-2” matçı 27 sentyabrda “ASCO Arena”da baş tutacaq və saat 14:00-da başlayacaq.
Mirağa