"Zirə" ilə "Sabah" qələbə qazandı, Azərbaycan irəlilədi

"Zirə" ilə "Sabah" qələbə qazandı, Azərbaycan irəlilədi

Azərbaycan UEFA-nın əmsallar cədvəlində bir pillə irəliləyib.

Fanat.Az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0,250 əmsal qazandırıb. Onlar uyğun olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. "Sumqayıt" isə evdə Macarıstanın "Fehervar"ına 1:2 hesabı ilə yenilib.

Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər