"Zenit" Serbiya millisinin üzvünü bu qiymətə almaq istəyir

"Zenit" Serbiya millisinin üzvünü bu qiymətə almaq istəyir

Serbiya millisinin və Torinonun yarımmüdafiəçisi İvan İliç karyerasını Rusiyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Tuttosport" yayıb.

Xəbərə görə, Sankt-Peterburq təmsilçisi "Zenit" sözügedən oyunçunu heyətinə qatmaq üçün Turin klubuna 25 milyon avro təklif etməyə hazırlaşır.

23 yaşlı İliç 2023-cü ilin qışından "Torino"nun formasını geyinir. Son mövsümdə A Seriyasında 31 matça çıxan arxa xətt oyunçusu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun turinlilərlə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı İliçin transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər