İtaliya A Seriyasında XXV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 6 oyun başa çatıb.
Lider "Yuventus" Turin derbisində "Torino"nu 1:0 hesabı ilə yenib. "Milan" səfərdə "Sampdoriya"dan üstün olub - 2:0. "İnter" doğma azarkeşləri önündə "Kalyari" ilə xalları bölüb - 1:1.
Digər oyunlara gəlincə, "Verona" səfərdə "Livorno"nu 3:2, "Kyevo" evdə "Kataniya"nı 2:0 hesabı ilə məğlub edib, "Udineze" "Atalanta" ilə sühlə razılaşıb - 1:1.
Qeyd edək ki, turun son oyununda "Latsio" "Sassuolo"nu qəbul edir.
Fanat.az