"Yuventus", "Milan" və "Qəbələ" eyni turnirdə

"Yuventus", "Milan" və "Qəbələ" eyni turnirdə
“Qəbələ”nin 15 yaşadək futbolçularından ibarət komandası aprelin 18-dən 21-dək İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Fanat.az xəbər verir ki, Stefano Guzellanın xatirəsinə həsr olunan yarış Turin şəhərində təşkil olunacaq. "Qəbələ" səfərə aprelin 16-da yola düşəcək. 
Bu il beşincisi baş tutacaq turnir dünyanın bir sıra tanınmış klublarının iştirakına şahidlik edəcək. Medallar uğrunda "Yuventus", "Milan", "Roma", "Latsio", "Napoli", "Atalanta", "Sampdoriya" (hamısı İtaliya), "Espanyol" (İspaniya), "Vasko da Qama" (Braziliya), "Lokomotiv" (Moskva, Rusiya) kimi klublar mübarizə aparacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər