"Yanq Boyz" Bakıya nə vaxt gəlir?

"Yanq Boyz" Bakıya nə vaxt gəlir?

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz"un Bakıya gələcəyi tarix bəlli olub. 

Sport7.az xəbər verir ki, "gənc oğlanlar" bu gün axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcəklər.

 

Sabah qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqinə çıxacaq isveçrəlilər, bununla da, təmsilçimizə qarşı hazırlıqlarını tamamlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Berndə baş tutan ilk qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab matçı isə iki gün sonra saat 21:00-da start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər