Əvəzedicilərin çempionatında XIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Rəvan" "Sumqayıt"ı qəbul edib. 6 qolun vurulduğu oyun 3:3 hesabı ilə başa çatıb.
İkinci oyun günündə iki qarşılaşma keçirilib. Lider "İnter" ən yaxın izləyicisi "Simurq"u 3:0 hesabı ilə yenib. AZAL - "Qarabağ" görüşü 0:0 hesabı ilə başa çatıb.
Turun son iki oyunu bu gün baş tutub. "Xəzər Lənkəran" evdə "Qəbələ"yə uduzub - 0:1 "Neftçi" isə "Bakı"ya 1:4 hesabı ilə yenilib.
Əvəzedici heyətlər
2013/14 mövsümü
IX
7 noyabr
Rəvan - Sumqayıt 3:3
Qollar: Rüfət Cəlilov, 45+1. Orxan Lalayev, 55. Məmməd Quliyev, 70 - Ruslan Nəsirli, 34; 60. Sabir Allahquliyev, 57.
8 noyabr
İnter - Simurq 3:0
Qollar: Mirsahib Abbasov, 14. Ramil Mansurov, 40. Daniel Genov, 65.
AZAL - Qarabağ 0:0
9 noyabr
Xəzər Lənkəran - Qəbələ 0:1
Qol: Kamal Mirzəyev, 40.
Neftçi - Bakı 1:4
Qollar: Orxan Bəşirov, 66 - Mahir Mədətov, 21; 34. Namiq Ələsgərov, 26; 77.
| 1 | İnter | 13 | 10 | 1 | 2 | 39-14 | 31 |
| 2 | Qəbələ | 13 | 8 | 1 | 4 | 24-19 | 25 |
| 3 | Simurq | 13 | 6 | 4 | 3 | 21-15 | 22 |
| 4 | Xəzər L | 13 | 5 | 3 | 5 | 20-17 | 18 |
| 5 | Neftçi | 13 | 4 | 5 | 4 | 21-27 | 17 |
| 6 | Qarabağ | 13 | 4 | 4 | 5 | 16-23 | 16 |
| 7 | Bakı | 13 | 3 | 7 | 3 | 21-22 | 16 |
| 8 | Rəvan | 13 | 3 | 6 | 4 | 23-21 | 15 |
| 9 | AZAL | 13 | 2 | 3 | 8 | 16-29 | 9 |
| 10 | Sumqayıt | 13 | 2 | 3 | 8 | 17-29 | 6 |
Bombardirlər: Oruc Balaşlı (Simurq), Mirsahib Abbasov (İnter) - 10. Nurxan Mənsimzadə (İnter) - 9. Cavid Muxtarzadə (Neftçi), Raul Yaqubzadə (Bakı) - 8.
Fanat.az