"Xəzər Lənkəran"la "Bakı"ya texniki məğlubiyyət verildi

"Xəzər Lənkəran"la "Bakı"ya texniki məğlubiyyət verildi
AFFA 4 kluba texniki məğlubiyyət verib. Fanat.az xəbər verir ki, buna səbəb onların oyuna çıxmaması olub.
Bakcell U-17 liqasında “Turan İB” “Xəzər Lənkəran”la, “Xəzər Lənkəran” AZAL-la, Boulevard Hotel U-15 liqasında “Bakı” “Xəzər Lənkəran”la, həvəskarlar liqasında isə “Sabunçu” “Çağırğan”la oyunda iştirak etməyib. Bu səbəbdən hər 4 kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Bakı” mövsümdə 3-cü dəfə bunu təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər