"İnter" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Bakı klubu "Xəzər Lənkəran"ın sabiq üzvü Manuel Skarlatakeni transfer edib.
Son olaraq Rumıniyanın "Astra" klubunda çıxış edən və çempion olan mərkəz müdafiəçisi ilə müqavilə imzalanıb. Anlaşmaya əsasən Skarlatake 1 il "İnter"in formasını geyinəcək.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2010-cu ildən "Xəzər Lənkəran"da çıxış edib. Bu müddətdə 121 oyuna çıxıb və 13 qol vurub.
Onu da qeyd edək ki, "İnter" bundan əvvəl Ağabala Ramazanov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Səlahət Ağayev, Samir Zərgərov və Tərlan Quliyevi transfer edib.
Fanat.az