Topaz Premyer Liqasının son turunun oyunundan sonra Qəbələdə qalan "Xəzər Lənkəran" bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Fanat.az xəbər verir ki, milli komandaların oyunu ilə əlaqədar ölkə çempionatında yaranan fasilədən istifadə edən komanda qısamüddətli təlim-məşq toplanışı müddətində "Qafqaz Resort" otelində yerləşib.
Con Toşakın yetirmələri məşqlərini Qəbələ Futbol akademiyasının meydançalarında keçirir. Qeyd edək ki, komanda hazırlıq prosesinə 6 əskiklə başlayıb. Belə ki, Azərbaycan millisinə çağırılan Rahid Əmirquliyev, Elnur Allahverdiyev və Rasim Ramaldanov, Makedoniya millisinə cəlb olunan Nikola Qliqorov, həmçinin Azərbaycanın U-21 millisinin üzvləri Orxan Sadıqlı və Ağabala Ramazanov beynəlxaq oyunlarla əlaqədar toplanışda iştirak edə bilmirlər.
Fanat.az