"İnter" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, paytaxt klubu Orxan Sadıqlı ilə anlaşıb.
"Xəzər Lənkəran"ın azad agent statusu verdiyi futbolçulardan biri olan qolkiperlə bir illik müqavilə imzalanıb. Əvəzində 2009-cu ildən "İnter"də çıxış edən Georgi Lomaya yola salınıb.
Qeyd edək ki, "İnter" bundan əvvəl daha iki qapıçı - Kamran Ağayev və Elşən Poladovla yollarını ayırmışdı. Həmçinin Vüqar Nadirovla Yuri Fomenko da komandanı tərk edib.
Orxan "İnter"in 9-cu transferi olub. Bank klubu bundan əvvəl Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake və Məmməd Quliyevi heyətinə qatıb.
Fanat.az