"Xəzər Lənkəran"ın cəzasını ödəmək çətin məsələdi" - AFFA prezidenti

"Xəzər Lənkəran"ın cəzasını ödəmək çətin məsələdi" - AFFA prezidenti

“Xəzər Lənkəran” və “Bakı”ya qarşı FIFA-nın sanksiyası var". Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verən qurum rəhbəri "Xəzər Lənkəran"la "Bakı"nın yaxşı infrastrukturu var. Amma sponsorları stadionların ot örtüyünə baxacaq gücdə deyillər. AFFA onlara hansısa şəkildə kömək etməyi düşünürmü" sualına belə cavab verib: 

“Bakı”nın mənfi 15 xalı var. Bundan sonra nəyə oynayacaqlar? “Xəzər Lənkəran”a da eyni şəkildə cəzalar gəlməyə başlayır. Bunu ödəmək çətin məsələdi. Biz də “Bakı” rəhbərliyi ilə danışırıq ki, onların bazasını futbolumuza qazandıraq".

Rövnəq Abdullayev I divizion klubları ilə bağlı da fikir bildirib: "I divizionla bağlı şərtlər də dəyişib. Artıq həvəskar statusdan qurtulmalıdılar. Ən azı AFFA-nın tələblərini yerinə yetirməlidilər".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər