"Xəzər Lənkəran"da internet problemi

"Xəzər Lənkəran"da internet problemi
"Xəzər Lənkəran" Sloveniyada ciddi problemlə üzləşib. Fanat.az xəbər verir ki, yoxlama oyunlarını canlı yayımlamaq istəyən klubun mətbuat xidməti internet bağlantısı qura bilmir.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Facebook" səhifəsində yazıb: "Artıq 3 gündü ki, yoxlama oyunlarını canlı yayımlamaq üçün data kart axtarışına çıxmışıq. Matçların keçiriləcəyi stadionda internet yoxdu. Sloveniyanın ən yaxşı provayderi olan Sloveniya Telekomun data kartında sürət 1Mb-a belə çatmır. Yayım zamanı problem yaranarsa, bunu hər kəsin anlayışla qarşılamasını istərdim".
"Xəzər Lənkəran"ın rəsmi saytı da bununla bağlı xəbərdarlıq edib: "İyul ayının 8-dən başlayaraq Sloveniya toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün toplanış müddətində ilk yoxlama oyununa çıxacaq. Komandamız Bakı vaxtı ilə saat 21.00-da Ukraynanın Premyer Liqa təmsilçisi, Lvov şəhərinin “Karpartı” klubunu sınağa çəkəcək. Oyunun “Xəzər Lənkəran”Tv vasitəsilə canlı yayımlanması üçün bütün qüvvələr səfərbər olsa da, yerli şəraitdə internet problemi yayımın keyfiyyətinə təsir edəcəyini də vurğulayaq".
Yeri gəlmişkən dünəki axşam məşqində “Xəzər Lənkəran”ın yeni transferi Rauf Əliyev də iştirak edib. Azərbaycan millisinin hücumçusu “Xəzər Lənkəran”ın toplanış müddətində transfer etdiyi 4-cü futbolçudu. Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko və Rauf Əliyevlə yanaşı Lənkəran klubu fasilə dönəmində Rəşad Sadıqov və Aleksandr Şemonayevi də heyətinə qatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər