"Xəzər Lənkəran" və "İnter"in sabiq üzvü Polşa klubunda

"Xəzər Lənkəran" və "İnter"in sabiq üzvü Polşa klubunda
AZAL, "Xəzər Lənkəran" və "İnter"in sabiq üzvü Junior Nildonun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını yenidən Polşada davam etdirəcək.
Belə ki, o, 1-ci liqada çıxış edən "Olimpiya" ilə müqavilə bağlayıb. Klubun rəsmi saytının məlumatına görə, braziliyalı hücumçu tibbi müayinədən uğurla keçib.
Qeyd edək ki, Nildo 2012/13 mövsümündə AZAL-da (33 oyun, 21 qol), 2013/14 mövsümündə "Xəzər Lənkəran"da (38 oyun, 10 qol) çıxış edib. 2014/15 mövsümündə "Xəzər Lənkəran"da bir oyun keçirdikdən sonra "İnter"ə transfer olunan futbolçu 24 matçda 8 dəfə fərqlənib. O, 2009-2012-ci illərdə Polşanın "Qornik" klubunun formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər