"Sumqayıt" üzərindəki əzmkar qələbədən sonra fasilə vermədən növbəti turun hazırlığına başlayan "Xəzər Lənkəran" məşqlərini yekunlaşdırmaq üzrədi. Fanat.az xəbər verir ki, dövrənin ilk turunda "İnter"in qonağı olacaq "ağ-yaşıllar" Lənkərandakı hazırlığını tamamlayıb.
Sabah paytaxta yola düşəcək "Xəzər Lənkəran" dincəldikdən sonra oyunöncəsi son məşqini keçirmək üçün "İnter Arena"nın yolunu tutacaq və məşqi yekunlaşdırıb oyun saatını gözləyəcək.
Qeyd edək ki, hazırda "Xəzər Lənkəran"ın heyətində zədəli futbolçu olmasa da, Sadio Tounkara və Alfred Sanko sar vərəqə limitini doldurduğundan "İnter"ə qarşı oynamayacaq.
Fanat.az