Premyer Liqanın XXI turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran”ın bu gün səhər saatlarında eyniadlı şəhərə yola düşməsi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, komanda artıq Qəbələyə çatıb.
Matç gününə qədər Qəbələdə hazırlıq keçəcək "Xəzər Lənkəran" Adrian Pitlə Rasim Ramaldanovu zədə, Ağabala Ramazanovu isə cəza səbəbindən səfərə aparmayıb. Ağabala əvəzedici komandaya göndərilib.
Fanat.az