"Xəzər Lənkəran" "İnter" üçün başladı

"Xəzər Lənkəran" "İnter" üçün başladı

Premyer liqanın XVIII turu çərçivəsində evdə "İnter"i qonaq edəcək "Xəzər Lənkəran" hazırlığa start verib. Fanat.az xəbər verir ki, Lənkərandakı bazasında dünən bir araya gələn komanda bərpa məşqini keçirdikdən sonra bu  gündən etibarən  “İnter” oyunu hazırlığına başlayıb. 

Səhər və axşam olmaqla gündə iki dəfə məşqlərini keçirəcək “Xəzər Lənkəran” fevral ayının 6-da oyunöncəsi son məşqinə çıxdıqdan sonra hazırlığını tamamlayıb oyun saatını gözləyəcək. Hazırda komandada İlqar Ələkbərov zədə səbəbindən kollektiv məşqlərə qoşula bilməsə də, fərdi olaraq çalışmalara qatılır. 

Qeyd edək ki, “Xəzər Lənkəran” - “İnter” matçı fevral ayının 7-də, saat 17.00-da start götürəcək və “Xəzər Lənkəran TV" ilə canlı yayımlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər