Topaz Premyer Liqasının XXIV turunun 3 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, bir oyunu Az.TV, ikisini "İdman Azərbaycan" efirə verəcək.
Az.TV fevralın 28-i saat 15.00-da başlayacaq "Simurq" - "Qəbələ" matçını azarkeşlərə təqdim edəcək. "İdman Azərbaycan" isə saat 17.00-da "Neftçi" - "Qarabağ", iki saat sonra "Rəvan" - AZAL oyunlarını yayımlayacaq.
Turun əsas qarşılaşmalarından biri olan "Xəzər Lənkəran" - "İnter" və "Bakı" - "Sumqayıt" oyunları canlı yayımlanmayacaq.
Fanat.az